“Lezbiansanmı” sualına əsəbiləşən azərbaycanlı futbolçu - FOTOLAR
Bizi izləyin

İdman

“Lezbiansanmı” sualına əsəbiləşən azərbaycanlı futbolçu - FOTOLAR

Şəfəq Nəsirova - Azərbaycanın qızlardan ibarət U-19 millisinin üzvüdür. 6 yaşından futbol oynayır. Sevdiyi məşğuliyyətlərdən biri skeyt sürməkdir. Futbola aşiq olduğunu deyir.

Fərqli bir imicə sahib xanım idmançı Publika.az-a müsahibə verdi.

“Futbola görə məktəbimi dəyişdim”

“1996-cı il mayın 24-də Şamaxıda anadan olmuşam. Birinci sinfə Nizami rayonu 212 saylı məktəbdə getmişəm. Futbola görə məktəbimi dəyişməli oldum - 201 saylıya keçdim.

Normal, sadə ailədə böyümüşəm. Ailəmiz bacım, mən və anamdan ibarətdir. Bacım məndən böyükdür, hazırda ali təhsil alır”.

- Dediniz ki, anam və bir bacım var. Bəs atanız?..
-
Anamla atam mən hələ uşaqkən ayrılıblar...

- Futbola nə zaman başladınız?
-
Futbolla 6 yaşımdan məşğul olmağa başlamışam. Oğlanlardan ibarət komanda var idi. Həvəskar bir klub idi. Adını dəqiq bilmirəm. Səhərlər məşq keçirdilər. Mən də onlara qatılırdım.

Oğlan komandasında qız futbolçu

- Futbola həvəsiniz necə yarandı?

- Məhəllədə futbol oynayırdım, eşitdim ki, oğlanlar bir kluba gedir, onlara qoşulub getdim. Bir sözlə, futbola çox həvəsli idim.

- Ailəniz bu qərarınızı necə qarşıladı?

- Çox yaxşı.

- Sonra necə davam etdiniz? Təbii ki, sonuna qədər oğlan klubunda ola bilməzdiniz.

- Qızlardan ibarət futbolçularla işləyən bir məşqçi gəldi. Məni qızların komandasına çağırdı. O vaxt “Gömrükçü” komandası var idi. Bundan saonra “Ruslan93” klubuna getdim. Orada bir ay oynayıb yenidən “Gömrükçü”yə qayıtdım. 7 il “Gömrükçü”də oynadıqdan sonra milli komanda yarandı və ora dəvət olundum.

- İndi yalnız millidə oynayırsınız? Klub karyeranız yoxdur?

- Hazırda milli komandada oynayıram. Bundan əlavə, bir klubdan təklif gəlib. Klub İspaniyanın Madrid şəhərinin təmsilçilərindədir. Oradan dəvət göndərilib. Amma hazırda klubun adını açıqlaya bilmərəm, gizlidir.

- Nə zaman açıqlamağı düşünürsünüz?

- Klubla müqavilə bağlandıqdan sonra, yəqin ki, AFFA özü də bu barədə məlumat verəcək. O zaman mən də rahat şəkildə açıqlama verəcəm. İndi Azərbaycandayam, klubun düşərgəsinə getməmişəm.

- Bəs, milliyə sizi necə gətirdilər? Milli komandadan oyununuzu kim bəyənib?

- Mən böyüklərlə klubda oynayırdım deyə artıq hamı məni tanıyırdı. Heyət toplaşanda ilk yığmaya məni çağırmışdılar. Onu da deyim ki, məni milliyə dəvət edəndə ailəm çox sevindi. Qürur duydular.

- Neçə dəfə millinin formasını geymişiniz? Və neçə qol vurmusunuz?

- Dəqiq say deyə bilmərəm. Amma bugünədək qızlardan ibarət milli komandamızın bütün formalarını geymişəm, istisna hallar olub. O da əgər zədəli olmuşamsa, meydana çıxa bilməmişəm. Bu da çox az olub. İndi müdafiəçiyəm. Ancaq müdafiədən də qollar vurmuşam – 2-3 qol. Hücumçu mövqeyində olarkən 4 qol vurmuşam. Qeyd edim ki, iki oyuna hücumçu kimi çıxmışam. Yarımmüdafiəçi olanda da daha çox qollar vurmuşam.

- Millidə ilk qolunuz?..

- Dəqiq yadımda deyil, amma Avropa çempionatında Xorvatiyanın qapısına vurmuşdum, səhv etmirəmsə...

- 2013-cu ildə bir dubla imza atmısınız...

- Bəli, Gürcüstanla oyunda olub. Hücumçu idim həmin vaxtlar.

- Bəs sizin üçün futbol çətin peşə deyildimi?

- Xeyr, sevdiyim işi seçmişdim. Ona görə də mənim üçün heç bir çətinlik olmayıb. İndi də yoxdur.

- Valideynləriniz demədilərmi: “Qızım, futbol sənə yaraşmaz, qız üçün bir məşğuliyyət seç”?

- Xeyr, heç vaxt demədilər. Hətta uşaqkən anam özü mənə futbol topları alırdı.

- Dediniz ki, oğlanlarla futbol oynayırdınız. Bəs heç oğlanlarla davanız çıxdımı?

- Yox, oğlanlarla futbolda heç bir davam olmayıb.

- Bəs futboldan kənar?

- Olmayıb.

- Uşaqkən öz yaşıdınız qızlar soruşurdumu: “Şəfəq, oğlanlarla niyə oynayırsan, bizimlə oyna”...

- Xeyr, elə şeylər olmayıb, çünki həyətdə elə də yaxınlarım olmayıb, mən ancaq futbolda olmuşam.

- Oğlan dostlarınız çoxdur, qız?

- Yaxınlarım, tanışlarım, ətrafım çoxdur, amma bir oğlan dostum, bir də qiz rəfiqəm var.

- Qadın futboluna maraq qaneedicidirmi? Sizcə, Azərbaycanda nə vaxtdan qadınların da futbol oynaya biləcəyi qəbul olundu?

- Milli yığılandan sonra. Çünki qadın futboluna federasiyanın çox böyük dəstəyi oldu. Bizə göstərilən dəstək özümüzə inamı artırdı. Məncə, biz də bu inamı doğrultmaq üçün bacardığımızı göstərmişik.

- Deyəsən, komandadakı milliləşmiş qızlara dilimiz öyrədilir...

- Bəli, onlarla oyunlarda da Azərbaycan dilində danışırıq. Çünki öyrəniblər.

- Bəs, sizin hədəfləriniz nədir?

- Hədəfim yaxşı klublarda oynamaq və milli komandada yer tutmaqdır.

- Şəfəq Nəsirova bu gün az da olsa, tanınır, qollar vurur. Buna görə qürur duyanda var, qibtə edən də... Sizcə, hazırda atanız uzaqdan sizi görüb qızı haqda nə düşünür?

-
Anamla ayrılsalar da, atamla həmişə danışıram. Atam mənimlə fəxr edir. Oyunlarıma da baxıb.

- Hansı futbolçularla tanışlığınız var?

- Kamran Ağayevlə... Oğlan dostum dediyim adam da futbolla məşğuldur. Amma millidə oynamır, ona görə adını demədim.

- Qol vurduğunuz zaman, matçdan həmən sonra ilk kimə zəng edib sevincini bölüşürsünüz?

- (gülür) Heç kimə...

- Bir az da futboldan kənar sual verim icazənizlə. Deyəsən, siz də ali təhsili ikinci plana atan idmançılardansınız.

- Mən orta məktəbi bitirib hazırda futbolla məşğul oluram. Ali təhsilə başlamamışam. Təbii ki, təhsil almağı düşünürəm, ancaq hələlik başım futbola qarışıb.

- Sizcə, oğlanlar sizə sevgi etirafı etməkdən qorxurlarmı? Heç belə hadisə başınıza gəlib?

- (gülür) Bilmirəm. Eşitməmişəm də.

- Şəfəq, niyə fərqli imicdəsiniz? Hər gənc qız kimi geymirsiniz? Bir sözlə, oğlan imicindəsiniz...

- Elədir, çünki bu cür geyməyi xoşlayıram.

- Nə vaxtdan bu imicdəsiniz?

- Uşaqlıqdan...

- Deyilənə görə, futbol oynayan qızlar arasında lezbianlar var. Bu haqda eşitmisinizmi?

- Bu suallar futbola aid deyil deyə cavablandırmıram.

- Nəsə problemli bir sual verdim?

- (əsəbiləşib) Problemli sual deyil. Sadəcə, yenə deyirəm, belə suallar gözləmirdim. Mən futbolla bağlı cavab verirəm... Bunun heç bir mənası yoxdur. Mənasızdır.

- Daha neçə il futbol oynamağı düşünürsünüz?

- Haçan bilsəm ki, gücüm qalmayıb, gedəcəyəm. Dəqiq deyə bilmərəm, çünki sabah nə olacağını bilmirik.

- Maşallah, əzələli bir xanımsınız. Oğlan cüssəli... Yəqin, futboldan əlavə, trenajorla da məşğulsunuz? Necə eldə etmisiniz bu bədəm formasını?

- Bizim fitness məşqçimiz var, onun tapşırdığı məşqlər, verdiyi qrafiklər sayəsində...

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm