İraq ordusu Tikriti almaq üçün əməliyyatlara başladı
Bizi izləyin

Dünya

İraq ordusu Tikriti almaq üçün əməliyyatlara başladı

İraq ordusu Tikriti İŞİD terrorçularından geri almaq üçün hava dəstəkli əməliyyatlara başladığı bildirilib.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, Samirə Əməliyyatlar Komandanlığında çalışan podpolkovnik Məhəmməd Xalid verdiyi açıqlamada ordunun cənub və qərb istiqamətlərindən Tikritə tərəf irəlilədiyini bildirib. Xalid ordunun cənubdakı Tikrit xəstəxanasını nəzarətə götürdükdən sonra qərbdəki Dəyyum məhəlləsindən şəhər istiqamətində hərəkət etdiyini qeyd edib.

Silahlı qruplara aid sipərlərin havadan vurulduğunu deyən Xalid toqquşmaların davam etdiyini bildirib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm