Nida.az
Əli Kərimlinin partiyasından yeni istefalar gözlənilir – Açıqlama
“2013-cü il prezident seçkilərində acı məğlubiyyətindən sonra radikal müxalifətin cinahı iki hissəyə parçalanıb”.
Publika.az-a açıqlamasında bu
sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr
müavini Niyaməddin Orduxanlı müxalifət düşərgəsindəki intriqaları
şərh edərkən deyib.
Onun sözlərinə görə, Əli Kərimli və İsa Qəmbər radikal müxalifəti parçalayan şəxslərdir: “Hazırda bu iki şəxs arasında münasibətlər çox gərgin vəziyyətdədir. Bu hallar daim seçkidən sonra baş verir. Bir-birini ittiham etmək, agent axtarışına çıxmaq, MTN və digər qurumlara işləməkdə ittiham etmək bu siyasi düşərgənin adətidir. Bunu qəsdən edirlər və məğlubiyyəti bir-birinin üstünə atırlar. Bu adamlar 23 ildir ki, siyasi məğlubiyyətlə üzləşirlər. Bu məğlubiyyətin əsas səbəbi apardıqları siyasətlə bağlıdır”.
BAXCP rəsmisi deyib ki, bir-birinə patoloji nifrət edən Əli Kərimli
ilə İsa Qəmbər heç bir uğura imza ata bilməz: “Bütün bunların
fonunda bu münasibətlər daha da gərgin vəziyyət alacaq və
ittihamlar daha da sərtləşəcək. Son vaxtlar radikal müxalifətin
yüksən vəzifəli şəxslərinin istefasının şahidi oluruq. Əli
Kərimlinin müşaviri istefa verərək həmin düşərgəni tərk etdi. Əli
Kərimlinin ətrafından yeni istefaların da baş verəcəyi
gözləniləndir”.
Asif
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov