17 tonluq təyyarəni dartan pəhləvan – VİDEO
Bizi izləyin

Dünya

17 tonluq təyyarəni dartan pəhləvan – VİDEO

Rusiyanın Voloqda şəhərində yaşayan pəhləvan Denis Naqibin rekord qırıb.

Publika.az AEX.ru saytına istinadən xəbər verir ki, o, hava donanması gününə həsr edilmiş tədbir zamanı çəkisi 17 ton olan “YAK-40” təyyarəsini 16 metr məsafəyədək dartıb.

Denis bu rekordunu cəmi 27 saniyə ərzində gerçəkləşdirib.

Pəhləvan deyib ki, bundan əvvəl teplovoz və zirehli maşınları çəkərək qüvvəsini sınayıb: “Uşaqlıqda çox zəif idim. Bir gün fanatı olduğum Vladimir Turçinskiyə baxıb həyatımı dəyişmək qərarına gəldim. İdmanla məşğul oldum. Bugünkü rekorda gəldikdə isə, bizim Voloqda aeroportunda ən böyük təyyarə “YAK-40” idi. Odur ki , seçimimi onun üzərində saxladım”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm