Bir kəllə ilə qətl
Bizi izləyin

Qırmızı.az

Bir kəllə ilə qətl

Avqustun 18-də paytaxtın Nizami rayonu Naxçıvani küçəsində Kəlbəcər rayon sakini Aqşin Abdullayev münaqişə zəminində Bakı şəhər sakini Heydər Ağayevə baş nahiyəsindən başı ilə xəsarət yetirib.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilmiş H.Ağayev orada ölüb.

Çevik Polis Alayı və Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Abdullayev tutulub.

Faktla bağlı cinayət işi açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm