Luqansk şəhərinin bir rayonu azad edildi
Bizi izləyin

Dünya

Luqansk şəhərinin bir rayonu azad edildi

Ukrayna ordusu ölkənin şərqində antiterror əməliyyatlarını uğurla davam etdirir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, Luqansk şəhərinin bir rayonu separatçılardan azad edilib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lısenko Luqansk şəhərinin mərkəzində küçə döyüşlərinin davam etdiyini bildirib.

O, separatçıların hərbi bazasının məhv edildiyini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm