Müdafiə nazirləri N saylı hərbi hissədə olublar (FOTO)
Bizi izləyin

Qırmızı.az

Müdafiə nazirləri N saylı hərbi hissədə olublar (FOTO)

Avqustun 19-da Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniya və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz Naxçıvan qalasını, Nuh Peyğəmbərin məzarını, duz mağarasını, Möminə Xatun türbəsini, Xan Sarayını, Xalça Muzeyini ziyarət ediblər.

Publika.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sonra hər üç ölkənin Müdafiə naziri Əlahiddə Ümumqoşun Ordusunun N saylı hərbi hissəsinə gedərək şəxsi heyət üçün yaradılmış şəraitlə tanış olublar.

Bununla da Türkiyə Respublikası və Gürcüstanın Müdafiə nazirlərinin ölkəmizə rəsmi səfəri başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm