Prezidentdən etiraf: “Ad çəkməyəcəm, amma axtarışdayıq”
Bizi izləyin

İdman

Prezidentdən etiraf: “Ad çəkməyəcəm, amma axtarışdayıq”

"Qalatasaray"ın prezidenti Ünal Aysal etiraf edib.

Publika.az xəbər verir ki, Ü.Aysal rəhbərlik etdiyi klubun transfer çalışmalarına davam etdiyini deyib.

O, transfer pəncərəsinin başa çatmasına 15-20 gün qaldığını bildirib və yeni futbolçu axtarışlarında olduqlarını söyləyib: "Ad çəkə bilməyəcəm. Amma stoper və cinah müdafiəçisi, hücumçu axtarışlarımız davam edir.

Əslində, güclü komandamız var. Lakin baş məşqçimiz çox geniş heyət istəmir. Onun istəmədiyi futbolçuların başqa komandalara keçməsinə şərait yaradırıq və kömək edirik. Transfer qiymətlərinə də diqqət etmək məcburiyyətindəyik. Çünki UEFA-nın maliyyə fair-play-i çərçivəsində hərəkət etməliyik".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm