Ukrayna partizan müharibəsinə hazırlıq görür
Bizi izləyin

Dünya

Ukrayna partizan müharibəsinə hazırlıq görür

Ukraynada Rusiyanın gözlənilən işğalı ilə bağlı artıq qabaqlayıcı tədbirlər görülür.

Publika.az TCN telekanalına istinadən xəbər verir ki, Odessada bu məqsədlə gənc ukraynalılar hərbi hazırlıq kurslarına cəlb olunur. Hazırlıq kursları məcburi xarakterlidir.

Kurslarda ukraynalılara avtomatla necə davranmağı, əlbəyaxa döyüş növlərini, partlayıcı maddələrdən istifadəni, avtomobilin idarəsini öyrədirlər.

Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Aleksandr Danilyuk deyib ki, hərbçilərlə yanaşı, əli silah tuta bilən istənilən ukraynalı silahdan istifadə etməyə, partizan müharibəsi aparmağa hazır olmalıdır.

Xəbər verilir ki, ilin sonunadək bu kurslar ölkənin bütün regionlarında fəaliyyət göstərəcək.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm