Nazir müavini yaş həddinə görə işdən çıxarılan direktorlarla görüşüb
Bizi izləyin

Qırmızı.az

Nazir müavini yaş həddinə görə işdən çıxarılan direktorlarla görüşüb

Bu gün Təhsil Nazirliyində təhsil nazirinin müavini Firudin Qurbanovla fəaliyyət dövrünün son yaş həddinə çatmış və əmək müqavilələri uzadılmayan ümumi təhsil məktəblərinin direktorları arasında görüş keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-a verilən məlumata görə, görüşdə 14 əmək müqaviləsi uzadılmayan direktor iştirak edib. Əvvəlcə uzun müddət təhsil sistemində qulluq etmiş bu şəxslərin xidmətləri vurğulanıb, səmərəli fəaliyyətləri xüsusi olaraq qeyd edilib.

Təcrübəli pedaqoqlarla Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında gələcəkdə əməkdaşlıq məsələləri müzakirə edilib. Təhsil ictimaiyyəti arasında yüksək nüfuza malik bəzi direktorların bu yaxınlarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tərkibində ictimai əsaslarla fəaliyyət göstərəcək "Ağsaqqallar Şurası"na üzv seçilə bilməsi məsələsi də müzakirə mövzuları arasında yer alıb.

Hər zaman təcrübənin gənc nəslə ötürülməsi və mövcud məsələlərin həllində şəffaflığın təmin edilməsində yüksək ixtisaslı pedaqoqların təkliflərinə, fikirlərinə ehtiyac duyulduğu vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm