Son dəqiqə
Ukrayna atəşkəs şərtlərini açıqladı – Son dəqiqə
Ukrayna Xarici İşlər naziri Pavel Klimkin ölkənin şərq bölgəsində davam edən qarşıdurmalarda atəşkəsin təmin edilməsi üçün şərtləri açıqlayıb.
Axar.az xəbər verir ki, avqustun 17-də Berlində Rusiya, Almaniya və Fransa Xarici İşlər nazirlərinin görüşünü xatırladan Klimkin ilk növbədə silahlı qarşıdurmaların dayandırılmasının vacib olduğunu deyib: “Atəşkəslə bağlı bizim ilk tələbimiz sərhədlərin nəzarətə alınmasıdır. Beləliklə silahlı qruplar və ağır silahlar və texnika bölgəyə verilməyəcək. ATƏT-in müşahidəçiləri üçün şərait yaradılmalıdır. Bundan sonra müsbət irəliləyişlərdən danışmaq olar”.
Qarşılıqlı atəşkəs elan olunmasının tərəfdarı olduqlarını bildirən Klimkin Ukraynanın 3 şərtinin olduğunu bildirib: “Bizim üç şərtimiz var. Sərhədlər tam nəzarətə götürülməlidir. ATƏT-in müşahidəçiləri Ukrayna daxilində bütün ərazilərdə yoxlama apara bilməlidir. Bütün girovlar sərbəst buraxılmalıdır və yeni girovlar əsla olmamalıdır”.
Ukraynanın atəşkəs üçün süni tələbləri olmadığını qeyd edən Kilimkin sözdə deyil, hər iki tərəfin yerinə yetirdiyi atəşkəsin təmin olunmasını istədiklərini bildirib.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə Berlin müzakirələrində Ukraynanın şərtsiz atəşkəs elan olunmasına razılıq verdiyini bildirərək bu ölkənin yeni şərtlər irəli sürməsini tənqid edib.
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır