Tabloid.az
Bakıda moda şousu keçiriləcək
Sentyabrın 13-də “Baku Fashion Night-2014” möhtəşəm şousu keçiriləcək.
Tabloid.az xəbər verir ki, şoudan öncə təşkilatçılar və modelyer-dizaynerlərin iştirakı ilə jurnalistlər üçün mətbuat konfransı keçiriləcək.
Tədbirin təşkilatçıları “Excelsior Hotel Baku” və “Fashion model School by Lyubov Gutorova” model agentliyidir.
Mərasimdə Azərbaycan dizaynerləri Zümrüd Mirzəliyeva, Hökümə Hacıyeva, Günel Beybutova “Baku Fashion Night 2014” üçün xüsusi olaraq hazırladıqları yeni eksklüziv kolleksiyalarını nümayiş etdirəcəklər. Ukraynadan qonaq qismində olan dizayner Svetlana Dmitrenko öz “Cruise Collection” kolleksiyasını təqdim edəcək.
Nümayişdən əvvəl hər kolleksiya və dizayner haqqında qisa məlumat veriləcək. Dizaynerlərin kolleksiyaları 20-30 lukdan (paltarların sayı) ibarətdir.
Tədbir 2 hissəyə bölünəcək.
Birinci hissədə Zümrüd Mirzəliyevanın “Azerbaijan 2014”, “Pret -a- porter” və "Ziyafət geyimləri”, Hökümə Hacıyevanın “Payız - Qış 2014/2015” kolleksiyaları təqdim olunacaq.
Fasilə zamanı məşhur müğənni Diana Hacıyeva çıxış edəcək .
Tədbirin ikinci hissəsini dizayner Günel Beybutova öz “Payız - Qış 2014/2015” kolleksiyası ilə açacaq.
Tədbiri Ukraynadan gələn dizayner Svetlana Dmitrenko öz yeni “Cruise Collection” kolleksiyası ilə bağlayacaq.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü