Ukraynada terrorçuların əsas qruplaşmalarının adı açıqlandı
Bizi izləyin

Dünya

Ukraynada terrorçuların əsas qruplaşmalarının adı açıqlandı

Ukrayna Daxili İşlər Nazirliyi Donetsk və Luqansk vilayətlərində vuruşan 3 mindən çox terrorçunun şəxsiyyətini müəyyənləşdirib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Kiyevdə keçirdiyi brifinqdə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Zoryan Şkiryak bildirib.

Luqansk vilayətində 1800 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Onların çoxu üç əsas terror dəstəsinə cəlb olunub. Valeri Bolotovun qruplaşmasında 700, Nikolay Kozisinanın qruplaşmasında 500, Aleksey Mozqovoqonun qruplaşmasında isə 400-dən çox terrorçu var.

Donetskdə isə şəxsiyyəti müəyyən olunan terrorçularının ümumi sayı 1500-ü ötür. Onlar da üç əsas qruplaşmada birləşib. Bunlar “baş nazir” Aleksandr Zaxarçenkonun rəhbərlik etdiyi "Qala" batalyonu, İqor Bezleranın rəhbəri olduğu “Bes”və A.Borisovun rəhbəri olduğu “Çeçen” qruplaşmalarıdır.
Şəxsiyyəti müəyyənləşdirilənlərin əksəriyyəti axtarışa verilib və ya həbs edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm