Türkiyə Afrikanın sərvətlərindən faydalanacaq
Bizi izləyin

Digər

Türkiyə Afrikanın sərvətlərindən faydalanacaq

Türkiyə Afrika ölkələrinin geniş neft-qaz, dağ-mədən və elektrik enerjisi ehtiyatlarından istifadə etmək niyyətindədir.

Publika.az-ın məlumatına görə, Türkiyənin dövlət və özəl enerji sektorunun nümayəndələri hazırda Liviya, Cibuti, Keniya və Sudanın neft, dağ-mədən və elektrik sahələrində peşə təhsili verirlər.

Qarşıdakı dövrdə isə türkiyəli mühəndislərin Kamerun və Nigerdə də peşə təhsili vermələri planlaşdırılıb.

Qeyd edək ki, Afrikanın 54 ölkəsindən 45-i qəbul olunan neft ehtiyatlarına sahibdir.

Dünyadakı təbii qaz ehtiyatlarının isə 8 faizi bu qitənin payına düşür.

Afrika, həmçinin hidroelektrik, geotermal və günəş enerjisi sahələrində böyük potensiala malikdir.


AzərTAc

Oxumağa davam et
Reklam
Reklam

Gündəm