Dünya
Moskvadan “əncir yarpağı”na cavab: “Bu həyasızlığın yuxarı həddidir”
Rusiya Xarici İşlər Nazirliyi Ukrayna Ali Radanın sədri
Aleksandr Turçinovun rəsmi Moskva əleyhinə verdiyi bəyanata sərt
reaksiya verib.
Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi
məlumata görə, Rusiya humanitar yardım barədə Turçinovun
söylədiklərini “həyasızlığın yuxarı həddi” adlandırıb. Xatırladaq
ki, Ukrayna Ali Radanın sədri Rusiyanın humanitar yardım adı
altında separatçılara silah-sursat çatdırılması üçün dəhliz
yaratdığını deyib.
Onun sözlərinə görə, humanitar yardım Rusiyaya məhz separatçılara
tanklar, yaylım atəş sistemlərini və digər silahları çatdırmaq üçün
bir vasitədir: “Budur Rusiyanın humanitar yardım formatı. Bu yardım
deyil, ölüm köməyidir. Amma Rusiya öz təcavüzünü əncir yarpağı ilə
örtə bilməyəcək”.
“İnanmaq istəyərdik ki, xristian mərhəmət hissi Turçinova yad
deyil və o, həmyerlilərinin taleyinə laqeyd olmayacaq. Hansı ki,
həmin insanların çoxu ümidsiz vəziyyətdədirlər”, - Rusiya xarici
siyasət idarəsinin açıqlamasında deyilir.
Ömər Dağlı
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO