"Ebola" Rusiyaya da gəldi (FOTO)
Bizi izləyin

Sağlamlıq

"Ebola" Rusiyaya da gəldi (FOTO)

25 yaşlı afrikalı tələbə Məhəmməd Sadik Rusiyaya ölümcül virusu gətirən ilk insan ola bilər.

Publika.az-ın məlumatına görə, Məhəmməd Sadik Ebolanın tipik simptomları ilə Ufa şəhərinin yoluxucu xəstəxanasına çatdırılıb. Analizləri keçirmək və dəqiq diaqnozu qoymaq üçün həkimlərə vaxt lazım olacaq.

“Yoluxucu xəstəxanada tələbə üç həftə ərzində müşahidə olunacaq. İlkin diaqnoz: mümkün yoluxmadır”, - deyə Ufa səhiyyə departamentinin əməkdaşı bildirib.

Təcili yardıma çağırış Beynəlmiləl küçəsində mənzildən daxil olub. Hadisə yerinə gələn həkimlər Nigeriya vətəndaşında ebola simptomları aşkar ediblər. Təcili olaraq Nigeriya vətəndaşı tibbi məntəqəyə çatdırılıb.

Məhəmməd Başqırdıstanın paytaxtı Ufada ali məktəblərdən birinin magistraturasında oxuyur. Bir müddət əvvəl afrikalı yayda Nigeriyaya öz qohumuna baş çəkməyə gedib, sonra təhsilini davam etdirmək üçün Ufaya qayıdıb.

Qeyd edək ki, hələlik heç bir müalicə üsulu və peyvəndi olmayan Ebola virusu bu günə qədər mindən çox adamın ölümünə səbəb olub. Bu virus sudan və ya havadan deyil, xəstələrin bədən mayeləri yolu ilə yayılır.






Oxumağa davam et
Reklam
Reklam

Gündəm