Ərəb şeyxi İŞİD-lə bağlı fitva verdi
Bizi izləyin

Dünya

Ərəb şeyxi İŞİD-lə bağlı fitva verdi

Səudiyyə Ərəbistanının müftisi Əbdüləziz Al əş-Şeyx İŞİD-in islam dininə mənsub olmadığı barədə fitva şıxarıb.

Axar.az xəbər verir ki, Səudiyyə müftisi terrorçuları xəvaricilərin davamı adlandıraraq islam dininin gözəllik dini olduğunu bildirib. Radikalizm, ekstremizm və terrora qarşı xəbərdarlıq edən şeyx bunların yer üzündə fitnə-fəsad törətdiyini, islamda bu prinsiplərin pislənildiyini dilə gətirib:

“İŞİD və Əl-Qaidənin işlədiyi cinayətlərdə göründüyü kimi, müsəlmanlar terrorun başlıca qurbanlarıdır. Xəvaricilər islam dinindən deyil. Müsəlmanlar qırılır. Müsəlmanları günahkar görən bu kəslər hər kəsin qanını və malını halal bilən xəvaricilərin davamıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm