İqtisadi gündəm
Erməni eksperti: “Naxçıvan görüşü Qərblə müzakirələrin nəticəsi ola bilər”
Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin
Naxçıvan görüşü ermənilərin ciddi narahatlığına səbəb
olub.
Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə,
erməni eksperti Aram Amatuni hesab edir ki, görüşün məhz Naxçıvanda
keçirilməsi faktı öz-özlüyündə çox şey deyir.
Görüşün gürcü tərəfinin təşəbbüsü ilə baş tutmasına gəlincə,
erməni eksperti təşəbbüsün Gürcüstanın Avropa Birliyi ilə
assosiativ razılaşmanın imzalanmasından sonra və NATO-nun Kardif
sammiti ərəfəsində ortaya çıxmasına diqqət çəkir. Rəsmi Tiflisin
təkbaşına belə bir təşəbbüslə çıxış etməsini inandırıcı hesab
etməyən A.Amatuninin fikrincə, bununla əlaqədar Qərblə müzakirələr
aparılıb.
“Görüş həqiqətən də Qərblə müzakirələrin nəticəsi ola bilər.
Beləliklə, faktiki olaraq Gürcüstanın təşəbbüsü ilə Türkiyə və
Azərbaycan Rusiyaya qarşı müəyyən addım atır. Və bu Qərbdə
bəyənilmiş ideya ola bilər. Digər tərəfdən, bu ideya əlbəttə ki,
İranın xoşuna gəlməyəcək”, - o, bildirib.
Ömər Dağlı
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...