HƏMAS: “İsraillə yeni razılaşma ağlasığmazdır”
Bizi izləyin

Dünya

HƏMAS: “İsraillə yeni razılaşma ağlasığmazdır”

Xəbər verildiyi kimi, İsrail ordusu bu gün Qəzzaya hava zərbələrini yeniləyib. Təl-Əviv HƏMAS silahlılarının atəşkəs razılaşmasını pozaraq İsrailə üç raket atdığını iddia edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, HƏMAS İsraillə razılaşmanın əldə olunmasını ağlasığmaz olduğunu bildirib.

HƏMAS-ın siyasi ofisinin üzvü İzzət Əl-Rəşəq danışıqlarda irəliləyişin olmadığını bildirib. Onun sözlərinə görə, uzunmüddətli atəşkəs razılaşmasının əldə olunması şansları getdikcə tükənir.

İzzət Əl-Rəşəq Qəzzadan İsrailə üç raketin atılması ilə bağlı Təl-Əvivin səsləndirdiyi iddaları rədd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm