Putin Donbasa yüzlərlə tank yeritdi – Şok video
Bizi izləyin

Dünya

Putin Donbasa yüzlərlə tank yeritdi – Şok video

Rusiya Ukraynaya qarşı irimiqyaslı hücuma hazırlaşır.

Axar.az xəbər verir ki, sosial şəbəkələrdə Rusiya ordusuna aid tank və zirehli texnikanın Rostov istiqamətindən Donbasa daşındığı ilə bağlı video yerləşdirilib. Videoda qatarlara yüklənmiş sayı-hesabı bəlli olmayan tanklar, zirehli texnikalar və yük avtomobilərinin daşındığı görünür.

Görüntüləri lentə alanlar da qatarın Donbas istiqamətində irəlilədiyini vurğulayırlar.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Təhlükəsizlik Xidməti rus ordusunun Ukrayna sərhədini pozub ölkənin içərilərinə soxulmaq cəhdinin qarşısının Qərbin məsələyə müdaxiləsindən sonra alındığını bildirmişdi. Buna baxmayaraq, Putinin Ukraynanın şərqinə qoşun yeritmək fikrindən daşınmadığı da qeyd edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm