"Ebola" virusu Avropada
Bizi izləyin

Sağlamlıq

"Ebola" virusu Avropada

"Ebola" virusuna yoluxduğu güman edilən iki kişi bu gün Avstriyanın şimalındakı Feklabruk şəhərini xəstəxanasına yerləşdirilib.

Bu barədə jurnalistlərə Yuxarı Avstriya federal sahəsi hökumətinin başçısı bildirib.

Onu sözlərinə görə, xəstələr Avstriyaya ötən çərşənbə günü Nigeriyadan gəliblər. Onlara Ebola virusunun simptomları, o cümlədən yüksək temperatur müşahidə edilir. Artıq xəstələrin qanından nümunələr götürülərək Hamburqun institutlarından birinə göndərilib.

Son məlumatlara görə, Ebola virusundan ölənlərin sayı 1229 nəfərə çatıb. Virus daşıyıcıların sayı isə 2240 nəfərdir. Bu gün məlum olub ki, virusa qarşı hazırlanan eksperimental zərdab Liberiyada üç xəstənin vəziyyətini yaxşılaşdırıb.

Musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm