İsrail itkin düşmüş əsgərini ölü tapdı
Bizi izləyin

Dünya

İsrail itkin düşmüş əsgərini ölü tapdı

İsrail polisi bir müddət öncə itkin düşən əsgərin ölü tapıldığını bildirib.

Axar.az xəbər verir ki, 21 yaşlı David Menahem Qordon adlı əsgər İsrailin Qəzza ilə sərhəd bölgəsində ölü halda tapılıb.

David Menahem Qordonun 5 gün öncə yoxa çıxdığı barədə xəbərlər yayılmışdı. Hətta İsrail polisi “İtkin düşmüş əsgərin tapılması üçün xalqdan kömək istəyirik” deyə müraciət də etmişdi.

Öldürülən əsgərin ABŞ vətəndaşı olduğu və orduya könüllü olaraq qatıldığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm