Luqansk hücumlarında tərəflər biri-birini günahlandırır
Bizi izləyin

Dünya

Luqansk hücumlarında tərəflər biri-birini günahlandırır

Ukrayna ordusu bildirir ki, rusiyapərəst separatçılar tərəfindən hücum olunan avtobusdan 17 cəsəd çıxarılıb.

ANS PRESS-in "Amerikanın Səsi"nə istinadən məlumatına görə, ordu sözçüsü Andriy Lisenko bildirib ki, daha çox cəsədin çıxarılma cəhdləri bölgədə gedən döyüşlər səbəbi ilə təxirə salınıb.

Kiyev rəsmiləri uşaqlar da daxil olmaqla, onlarla insanın döyüşlərin getdiyi Luqansk şəhərindən qaçarkən Rusiya istehsalı minomyotlardan və raketlərdən atəşə tutulduğunu bildirib.

Separatçıların lideri ittihamları rədd və bunun Ukrayna qüvvələri tərəfindən törədildiyini iddia edir.

ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf hücumu pisləyərək, ərazidən qaçmaq istəyən günahsız sakinlərin döyüşlərin qurbanı olduğunu deyib. Xanım Harf bildirib ki, ABŞ kimin məsuliyyət daşıdığını müəyyən edə bilməyib.

Luqansk şəhəri son həftələr separatislər və Ukrayna qüvvələri arasında qızğın döyüşlərin getdiyi bölgədir.

Bu arada, Avropa İttifaqı, Ukrayna və Rusiya liderlərinin avqustun 26-da Belarusun paytaxtı Minskdə görüşü planlaşdırılır.

Müzakirələr zamanı Ukrayna münaqişəsi və enerji təhlükəsizliyi gündəmə gətiriləcək. Bu haqda açıqlamanı Ukrayna prezidenti Petro Poroşenko verib. Görüşdə Gömrük İttifaqına üzv olan Qazaxıstan və Belarusun liderləri də iştirak etməlidir.

Kreml Rusiya prezidenti Vladimir Putinin də müzakirələrə qatıla biləcəyini bildirib. Avropa İttifaqının nümayəndə heyətinə qurumun xarici əlaqələr şöbəsinin rəhbəri Ketrin Eşton sədrlik edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm