Rusiyalı jurnalistlər Bakıya gəlib
Bizi izləyin

Qırmızı.az

Rusiyalı jurnalistlər Bakıya gəlib

2014-cü il avqustun 19-dan 25-dək Rusiyanın gənc jurnalistlərindən ibarət nümayəndə heyəti Bakıda olacaq.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) idarə heyətindən bildiriblər ki, tədbir Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi və Rusiyanın aparıcı ali məktəblərinin – M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbə təşkilatlarının iştirakı ilə RAGB tərəfindən təşkil edilib. RAGB-nin sədri Leyla Əliyevanın səfərin təşkilinə şəxsi töhfəsini xüsusi qeyd etmək lazımdır. Onun səyləri sayəsində illik tədbirə çevrilən belə səfərlər artıq yeddinci dəfə təşkil olunur.

Səfərin iştirakçıları arasında Rusiyada və onun hüdudlarından kənarda tanınmış federal əhəmiyyətli KİV-lərin – Ümumrusiya Dövlət Teleradio Şirkətinin, “RİA-Novosti-Rossiya seqodnya” informasiya agentliyinin, NTV teleşirkətinin, “Kommersant” nəşriyyat evinin və digər təşkilatların nümayəndələri var.

Səfərin başlıca məqsədi Rusiya jurnalistlərinin gənc nəslini Azərbaycan KİV-ləri ilə, respublikanın ictimai təşkilatlarının və dövlət hakimiyyəti orqanlarının nümayəndələri ilə tanış etməkdir.


AzərTAc

Oxumağa davam et
Reklam
Reklam

Gündəm