Hava limanında bomba partladıldı
Bizi izləyin

Qırmızı.az

Hava limanında bomba partladıldı

Frankfurt-Maun hava limanında İkinci Dünya müharibəsindən qalmış 500 kq ağırlığında bombanın zərərsizləşdirilməsi nəticəsində iş rejimində fasilələr yaranıb.

ANS PRESS-in məlumatına görə, avia-bomba çərşənbə axşamı idarəolunan partlayışla məhv edilib.

Zərərsizləşdirmə prosesi uzandığından hava limanının iş qrafikində dəyişikliklər olub.

İstehkamçılar öncə uzaqdan bombanı partlatmaq istəsələr də, bombanın kimyəvi olub olmadığını bilmədiklərindən bunu edə bilməyiblər. Nəticədə, əməliyyat daha bir saat uzadılıb və avia-bomba zərərsizləşdirilib. Partlayışdan sonra yerdə 3 metr dərinliyində və 25 metr diametrində krater əmələ gəlib.

Bomba hava limanının eniş zolağına yaxın olduğundan 45 reys ya digər hava limanlarına yönləndirilib, ya da enişi ləngidilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm