Dünya
Rusiyada bahalaşma
Müəllif
Zöhrab
İbrahimli
Baxılıb
131
Kateqoriya
Bazarlar
Qərb
ərzaq mallarının idxalına qoyulan embarqodan sonra Rusiyanın bəzi
bölgələrində qiymət artımı müşahidə olunur.
ANS PRESS-in məlumatına görə, avqustun 7-də qüvvəyə minən qadağadan
sonra donuz əti 6 faiz bahalaşıb, Rusiyanın Kommersant qəzeti
bildirir.
Rusiyaya idxal qadağası Qərbin sanksiyalarına cavab addımıdır.
Böyüklüyünə görə Rusiyanın ikinci şəhəri olan Sankt Peterburqda
qiymətlər 10 faiz artıb. Bu sanksiyaların təsirindən öncə baş
verib.
Şəhərin iqtisadiyyatına cavabdeh rəsmi Anatoli Kotov donuz ətinin
23.5, toyuq ətinin isə 25.8 faiz bahalaşdığını deyir.
Bazar ertəsi Rusiyanın baş naziri idxal qadağası nəticəsində
bahalaşma və ərzaq çatışmazlığı yaranacağına inanmadığını
deyib.
Dmitri Medvedev bir il müddətinə tətbiq olunan məhdudiyyətlərin
uzun sürməyəcəyinə dair ümidlərilə bölüşüb.
Leontief Centre sosial-iqtisadi araşdırmalar mərkəzindən Nina Oding
hökumətin qiymətləri "bu və ya digər tərzdə tənzimləməsi üzrə ləng
cəhdlərini” tənqid edib.
İqtisadçının sözlərinə görə bu kimi cəhdlər sovetlər dönəmində və
90-cı illərdəki Rusiyada uğursuzluğa düçar olub.
"Biz seçimin məhdudlaşmasına, inhisarçılıq təmayülünün artmasına
doğru irəliləyirik, qiymətlər qalxacaq – biz artıq bu prosesin
başlanqıcını görürük”, - Nina Oding Rusiyanın RBK saytına
bildirib.
Rusiyanın Uzaq Şərqində qiymət artımı daha kəskin şəkildə müşahidə
olunur.
Saxalinin kənd təsərrüfatı üzrə rəsmisi Nikolay Borisov pendirin
10, ətin 15 və toyuq budlarının 60 faizədək bahalaşdığını
bildirib.
Primorye bölgəsində Çindən idaxl edilən almaya qiymət 26, balığa
isə az qala, 40 faizədək artıb.
Geniş ərzaq növlərinə dair tətbiq edilən idxal qadağası alkoqol,
uşaq qidası, qəhvə və zeytun yağı kimi bəzi mallara aid
edilməyib.
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır