Avtopublika
Şok: ABŞ-dan danışan avtomobillər gəlir
Nəqliyyat Nazirliyi potensial qəzaların qarşısını almaq üçün yeni proqram hazırlayıb.
Axar.az xəbər verir ki, Milli Nəqliyyat Təhlükəsizliyi İdarəsi "Nəqliyyat vasitəsiləri arası telekommunikasiya" adı verilən texnologiyanın qanuniləşməsi və tətbiqinə başlanması üçün hesabat nümayiş etdirib.
Hesabatda layihə sayəsində ildə 600 minə yaxın qəzanın qarşısının
alınacağı və nəqliyyat vasitəsiləri arasında telekommunikasiya
texnologiyasının qanuni səviyyəyə gəlməsi üçün yaxın zamanda işə
başlanılacağı bildirilib.
Hər il mindən artıq insanın həyatını xilas edəcəyi ehtimal edilən texnologiya radio siqnallar vasitəsilə çalışacaq. Bu texnologiyaya sahib olan nəqliyyat vasitələri bir-birlərinin hansı səmtdə olduğunu, istiqamətini və sürətini dərhal öyrənə biləcək. Habelə avtomobillər işıqforun qırmızı işığına məhəl qoymayacaq hər hansı sürücünün bu səhvinin əvvəlcədən fərqinə vararaq potensial bir avtoqəzanın qarşısını ala, ola biləcək bir qəzanı önləyə biləcək. Məlumata görə, təxminən 300 metr uzaqlıqdakı nəqliyyat vasitələrindən məlumat götürmək qabiliyyəti olacaq avtomobillər onlarla cərgə uzaqda olan avtomobil sürücüsün ani əyləcdən istifadə etməsindən belə xəbərdar olacaq.
Qeyd edək ki, avtomobil sürücülərinə bu texnologiyadan istifadə etməyin 100-200 dollara başa gələcəyi bildirilib.
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov