Nida.az
Arif Hacılı və Qubad İbadoğlu aralarındakı “dava”dan danışdılar
Dünən Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə
Təşkilat Komitəsinin iclasında qalmaqal yaranıb.
Yayılan xəbərlərə görə, başqanlığa əsas iddialılar olan Arif Hacılı
ilə Qubad İbadoğlu arasında baş verən qalmaqal əlbəyaxa davaya
qədər gedib çıxıb.
A.Hacılı Q.İbadoğluya “Sən QHT sektorundan qazanırsan, partiya
üçün heç nə etməmisən” deyib. Qarşı tərəf İsə “sənin hansı
banklarda pulun olduğunu açıb-tökərəm” cavabını verib.
Publika.az yayılan xəbərlə bağlı adıçəkilən şəxslərdən münasibət öyrənib.
Q.İbadoğlu xəbərin uydurma olduğunu bildirib. Onun sözlərinə görə, A.Hacılı ilə münasibətləri normaldır və heç vaxt bu formada konflikt baş verə bilməz. “İclas normal şəkildə baş tutub. Qarşılıqlı fikir mübadiləsi aparılıb. Hesab edirəm ki, bu cür xəbərlərin yayılması Müsavatın gözdən salınması məqsədi daşıyır”,- deyə o bildirib.
A. Hacılı da yayılan xəbərləri təkzib edib. Xəbərləri yayanları
səviyyəsiz adlandıran müsahibimiz Müsavat Partiyasının demokratik
bir təşkilat olduğunu deyib: “Burada bütün müzakirələr, mübahisələr
demokratik şəkildə aparılır. Hər kəs qarşıdakı şəxsin fikrinə
hörmət edir. Bu cür xəbərlərin yayılması Müsavata qarşı
kampaniyadır. Bu da onların səviyyəsini göstərir”.
Asif
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...