İŞİD-in hədəfindəki şahbekilər: Azərbaycanlılara qarşı etnik QIRĞIN
Bizi izləyin

Nida.az

İŞİD-in hədəfindəki şahbekilər: Azərbaycanlılara qarşı etnik QIRĞIN

Şimali İraqda İŞİD terrorundan qaçan etnik qruplar arasında şebeklər də var. Hazırda bölgədə 1 milyondan çox şebek toplu olaraq yaşayır. İŞİD-in hücumundan sonra, beynəlxalq ictimaiyyət yezidilərin faciəsini qabartsa da, eyni taleyi türkmanlar, kakailər, eləcə də şebeklər də yaşamaqdadır.

Publika.az-ın şebeklərlə bağlı araşdırmasında maraqlı faktlar ortaya çıxıb.

Şebek deyilən bu etnik qrupun Azərbaycan əsilli olduğu deyilir. Onlara şahbeki də deyilir. YUNESKO bu etnik qrupu ayrıca qəbul edir. Şebeklər iki dildə - Azərbaycan və kürd dilində danışırlar. Həmçinin, sorani və kəlxuri dilləri də onlara yaxındır.

Araşdırmalara görə, şebeklər əslində şahsevənlərdir. Onlara şahbeki deyilməsi də buradan qaynaqlanır. Bəzi məlumatlara görə, onlar səfəvi dövründə azəriləşmiş kürdlərdir. Lakin bəzi məlumatlar bunun əksini deyir. Belə ki, səfəvilər Şərqi Anadolu və Şimali İraqdan çəkiləndən sonra bu ərazilər Osmanlı dövləti tərəfindən Kürdüstan bəyliyinə verilib və bundan sonra kürdləşməyə məruz qalıblar. Digər iddialara görə, bu etnos azərbaycanlılarla kürdlər arasında keçid qrup kimi qəbul edilir.

Lakin şebeklər indiyə qədər Azərbaycan dilini qoruyub saxlayıblar. Türkiyənin “Aksion” qəzeti iddia edir ki, bölgədə İŞİD müdaxiləsi əvvəldən hazırlanan demoqrafik dəyişikliyə xidmət edən plandır. Belə ki, bölgədə türkmanların, ərəblərin, həmçinin şebeklərin köçürülməsi ilə kürdlərin etnik dominantlığı təmin ediləcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm