1934-cü ildə vəfat edən Stalini oxşarı əvəz edib? - FAKTLAR
Bizi izləyin

Sovet sirləri

1934-cü ildə vəfat edən Stalini oxşarı əvəz edib? - FAKTLAR

Stalinin oxşarları olubmu?

SSRİ lideri Stalinin oxşarlarının olub-olmaması ətrafında gəzən şayiələrin ardı-arası kəsilmir. Etiraf etməliyik ki, Stalinin ehtiyat etməyə əsası vardı. Həyata keçirilən kütləvi repressiyalar insanların qəzəbinə səbəb olmuşdu. Diktatura rejiminə qarşı nifrət vardı. Bundan belə nəticəyə gəlmək olar ki, Stalinin oxşarları olub və olmalı idi.

Stalinin oxşarı olması versiyasının tərəfdarları tibb professoru alman Neymanın sözlərinə istinad edirlər. Neyman qeyd edirdi: “Stalinin səhhətini yoxlamaq üçün məni Kremlə gətirdilər. Sonra Stalinlərin olduğu kabinetləri gəzdim”...

Professor müayinə etdiyi şəxslərdən hansının dəqiq Stalin olduğunu anlamamışdı. Bundan sonra onu düşərgəyə yolladılar. Burada Neyman Kremldə şahid olduqlarını kamera yoldaşlarına danışdı. Təəssüf ki, həkim Stalinin oxşarlarının dəqiq sayını açıqlamayıb...

1999-cu ildə “Stalinin oxşarları” kitabı işıq üzü gördü. Kitabın müəllifi iddia edir ki, Stalin hələ 1934-cü ildə öldürülüb və ölkəni onun oxşarlarından biri idarə edib. Bu mülahizə, yumşaq desək, şübhəlidir. Oxşar nə qədər də orijinala bənzəsə də, Stalinin yaxınları fərqi sezə bilərdilər. Bu isə baş verməmişdi.

Mühafizədə iyirmi ilə yaxın xidmət göstərən Aleksey Rıbin də bu mülahizəni birmənalı olaraq, təkzib edir. “Belə olan halda, mühafizə işçilərinin sayı da ikiqat artıq olmalı idi. Biri Stalin üçün, digəri oxşarı üçün”.

Hökumət başçısının şəxsi mühafizəsində qulluq etmiş Serqey Krasikov isə Rıbinlə razı deyil. “Rəhbərlərin ətrafında” kitabında o, maraqlı faktlar açıqlayır;

Bir dəfə Stalin hökümət binasının birinci blokundan çıxdı. Politbüro üzvlərinin müşayiəti altında Kreml sarayına daxil oldu. Az keçmədi ki, ardınca ikinci Stalin peyda oldu. Amma o, üçüncü blokdan çıxdı. Onu Xrustalev soyadlı mühafizəçi qoruyurdu.

Nə etməli olduqlarını bilməyən mühafizə işçiləri bir anlıq özlərini itirdilər. Sonra onların çox hissəsi 1-ci nömrəli Stalinə yaxınlaşdılar. Rəhbəri yola saldıqdan sonra 2-ci nömrəli Stalin peyda oldu və mühafizənin kimi yola salmaları ilə maraqlandı. Mühafizə işçilərindən biri: “Yoldaş Stalini” – deyə cavab verdi. Bəs onların qarşısında dayanan kimdir sualına mühafizəçilər düşünmədən “yoldaş Stalin” cavab verdilər.

Məlum oldu ki, rəhbər bütün bu tamaşanı bilərəkdən təşkil edib. Çox güman ki, diktator mühafizənin reaksiyasını yoxlamaq qərarına gəlibmiş...

Krasikov Stalinin iki oxşarının olduğunu iddia edir – Xristofor Qolştab və Yevsey Lubnitski. Deyilənə görə, paradlar vaxtı tribunada Stalinin əvəzinə Qolştab dayanırdı.

Qolştabdan sonra onu Yevsey Lubnitski əvəzlədi.

Yevseyin sözlərinə görə, parad zamanı tribunada onun yanında dayanan Molotov, Kaqanoviç və Malenkov yanlarında Stalinin oxşarının dayandığını bilir və ona düşmən kimi baxırdılar...

Stalin oxşarından daha tez qocalırdı. Bir müddətdən sonra oxşarı arasındakı yaş fərqi gözə girməyə başlamışdı. Elə həmin vaxt Lubnitskini həbs edirlər. Güllələnmədən Lubnitskini Stalinin ölümü xilas edir.

Onu azad edərkən, Lubnitski ilə Orta Asiyanın sərhədlərini tərk etməyəcəyi barədə razılığa gəlirlər.

Yevsey Lubnitski 1981-ci ildə Düşənbədə vəfat edir.

Ölümündən qabaq müsahibə verən Lubnitski bəyan edir ki, Stalini lazım olanda SSRİ xalq artisti Feliks Dadayev də əvəzləyib. 1943-cü ildə Stalin Tehrana uçmalı idi, qrimlənmiş Dadayevi Stalinin əvəzinə hava limanına aparırlar. Əsl Stalin isə bu vaxt artıq Tehranda idi. Düzdür, bu mülahizəyə inanmaq çətindir. 1943-cü ildə Dadayevin 23 yaşı vardı.

Stalinin oxşarlarının dəqiq sayı məlum deyil. Amma onların mövcudluğuna şübhə etmək ağılsızlıqdır. Sadəcə, hər şey gizli saxlanırdı. Əgər Yevsey Lubnitski də təsadüfən sağ qalmasaydı, onu haqda da heç nə öyrənə bilməyəcəkdik...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm