Con Makkeyn: “Fəxr edirəm ki, Putin mənə qarşı...”
Bizi izləyin

Dünya

Con Makkeyn: “Fəxr edirəm ki, Putin mənə qarşı...”

Amerikalı senator Con Makkeyn Gürcüstan hakimiyyətindən narazılığını dilə gətirib.

Publika.az-ın verdiyi xəbərə görə, Makkeyn “Amerikanın səsi” radiosuna müsahibəsində rəsmi Tiflisin Ukrayna hadisələri ilə əlaqədar Moskvaya qarşı sərt mövqe nümayiş etdirməməsindən narahat olduğunu bildirib.
“Məni Gürcüstanın Rusiya ilə yaxınlaşma ehtimalı narahat edir. Hökumət Rusiyanın Şərqi Ukraynadakı hərəkətlərini pisləmədi. Bu mənim üçün qəbuledilməzdir”, - Makkeyn qeyd edib.

Senator rəsmi Tiflisin bu davranışının ABŞ-Gürcüstan münasibətlərinə təsir edəcəyini dilə gətirib.
Makkeyn Ukraynadakı prosesləri Amerika xarici siyasətinin məğlubiyyəti olduğunu vurğulayıb.
“Biz iki il sonra Ukrayna və Avropaya ABŞ enerji resurslarının ixracını təmin edəcək və Rusiya enerjisindən Avropanın asılılığını azaldacaq plan hazırlamalıyıq. Biz həmçinin Vladimir Putini lazımı şəkildə qiymətləndirməliyik. O, əslində kimdir? Rusiya imperiyasını bərpa etməyi arzulayan Dövlət Təhlükəsizlik Komitəsinin polkovniki. Fəxr edirəm ki, Putin mənə qarşı sanksiyaları qəbul edib”, - Makkeyn bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm