ABŞ İŞİD-i yenidən bombaladı
Bizi izləyin

Dünya

ABŞ İŞİD-i yenidən bombaladı

ABŞ qırıcıları “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı hücumlarını davam etdirir.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, İŞİD-in Mosul anbarı yaxınlığındakı mövqelərinə 14 yeni hava hücumu təşkil edilib.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığından verilən məlumata görə, İŞİD-in xeyli sayda hərbi texnikası məhv edilib. Hava əməliyyatında iştirak edən bütün təyyarələrin sonradan ərazidən ayrıldığı bildirilir.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı 8 avqust tarixindən bu yana İraqda 84 hava hücumunun təşkil edildiyini açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm