İntihar olayında adı hallanan icra başçısı danışdı
Bizi izləyin

Qırmızı.az

İntihar olayında adı hallanan icra başçısı danışdı

Bu gün "Koroğlu" metrostansiyasının yaxınlığındakı körpüdə intihara cəhd edən Fəqan Nəsibov Mingəçevirin keçmiş icra başçısı Lütfəli Babayev tərəfindən aldadıldığını və bu üzdən intihar etmək istədiyini bildirib.

Teleqraf.com məsələ ilə bağlı hazırda Zərdab rayon İcra Hakimiyyətinin başçısı olan L.Babayevin münasibətini öyrənmək istəyib. Başçısının köməkçisi Vasif Məmmədov bildirib ki, problemdən xəbərdardırlar: "Mən hazırda məzuniyyətdəyəm. Bununla bağlı hec nə deyə bilmərəm".

İcra hakimiyyətinin adının açıqlanmasını istəməyən nümayəndəsi isə bildirib ki, problemin Zərdab rayon İcra Hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur: "Bu, Lütfəli Babayevlə həmin şəxsin arasında olan problemdir. Problem Lütfəli Babayev Mingəçevir İcra Hakimiyyətinin başçısı olanda baş verib".

L.Babayevin özü olayla bağlı danışmaq istəməyib: "Hazırda rayonun Heydər Əliyev Mərkəzində tədbirdəyəm, sonra danışarıq".

S.Nəsibov mətbuata açıqlamasında deyib ki, Lütfəli Babayev Mingəçevirin icra başçısı olarkən onu aldadaraq 65 min dollar pulunu mənimsəyib: "Həmin vaxt Mingəçevirdə trolleybus ləğv edilmişdi. Ona görə də Lütfəli Babayev trolleybus xətlərini satışa çıxarmışdı. Müştəri kimi icra başçısı ilə onun kabinetində görüşdüm. O, ümumilikdə 80-85 ton olan xətlərin bir tonunu 2000 dollara mənə satacağına razılıq verdi. O bildirdi ki, 3 günə qədər bütün sənədlər hazır olacaq və mən gedib malı ala biləcəyəm. Ancaq sonradan icra başçısı məndən beh istədi. Mən də ona 30 min dollar beh verdim. Lakin bununla kifayətlənməyən icra başçısı müxtəlif bəhanələrlə məndən daha 35 min dollar pul qopardı. Bir neçə ay keçdi. Ancaq Lütlfəli Babayevdən səs-soraq gəlmədi. Ona görə mən yenidən icra başçısının qəbuluna getdim. Lakin icra başçısı müxtəlif bəhanələrlə məni qəbul etmədi. Aldandığımı anladım. Artıq bir neçə ildir bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayətlər etmişəm. Ancaq heç bir nəticəsi olmayıb. Son çarəm qalıb, o da intihar etməkdir. Və bildirmək istəyirəm ki, artıq heç bir məmura inamım qalmayıb. Qənirə Paşayevadan başqa".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm