İŞİD amerikalı jurnalist üçün onu istəmişdi
Bizi izləyin

Dünya

İŞİD amerikalı jurnalist üçün onu istəmişdi

“İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı 40 yaşındakı amerikalı jurnalist Ceymz Foleyin başını kəsməmişdən əvvəl ABŞ-dan müxtəlif tələbləri olmuşdu. Ancaq ABŞ-ın son hava hücumlarından sonra jurnalisti öldürməyə qərar verdi.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, ailəsi və çalışdığı mətbu orqanlar Ceyms Foleyin azad olunması üçün İŞİD-lə daim əlaqə saxlayırdı.

Ailəyə yaxın bir mənbə bildirir ki, İŞİD Foleyin azad olunması qarşılığında 100 milyon dollar istəmişdi. Ancaq ABŞ hökuməti bu cür hallarda pul ödəməyi rədd edir. İŞİD digər iki ABŞ-lının taleyinin Obamanın sonrakı hərəkətləri ilə bağlı olduğunu söyləsə də, Foleyin edamı ilə bağlı videonun yayımlanmasından sonra da ABŞ təyyarələri bombardmana davam etdi.

Foley daha əvvəl Liviyada qaçırılmış, “GlobalPost” və AFP media orqanlarının səyləri ilə azadlığa buraxılmışdı. “GlobalPost”un redaktoru Filip Balboni “Foleyin pasportunu cıraq” zarafatı etdiyini xatırladır. İŞİD-in Foley də daxil olmaqla üç amerikalının azadlığa buraxılması qarşılığında irəli sürdüyü tələblərdən biri də doktor Afia Sıddıkinin azad edilməsi idi.

A.Sıddıki Əfqanıstanda tutulduqdan sonra Nyu-Yorkda 86 il azadlıqdan məhrum edilən bir pakistanlıdır. ABŞ hesab edir ki, o, ölkədəki strateji obyektlərə kimyəvi silah hücumu hazırlayan bir terrorçudur. Sıddıki Əfqanıstanda tutulmuşdu. Daha əvvəl ABŞ-da Fələstin, Əfqanıstan, Çeçenistan və Bosniyada müsəlmanları üçün etiraz nümayişlərində iştirak edən Sıddiki 2003-cü ildə “yoxa çıxmışdı”.

Amerika hakimiyyəti 2008-ci ildə Sıddıkinin həbs olunduğunu elan etdi.

Onu müdafiə edənlər bildirir ki, Sıddıki “yoxa çıxdığı” 5 il ərzində Baqramda işgəncələrə məruz qalıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm