İŞİD hələ bu qədər itki verməmişdi - FOTO
Bizi izləyin

Dünya

İŞİD hələ bu qədər itki verməmişdi - FOTO

Suriyanın Rəqqa vilayətində yerləşən Ət-Tabaka hərbi hava limanına İŞİD terrorçularının hücumu dəf edildi

Suriya mediasının verdiyi xəbərə görə, Suriyanın Rəqqa vilayətində yerləşən Ət-Tabaka hərbi hava limanına İŞİD terrorçularının iki gün ardıcıl hücumu uğursuz alınıb.

Suriya ordusu hərbi hava limanını İŞİD hücumlarından qorumağa nail olub. Suriya ordusu hava limanına hücumları dəf edərkən 1155 İŞİD terrorçusunu və onların başçısı Saleh əl-Hərbi və Əbu Əbdul əl-Ənsari məhv edib.

Bundan əlavə, Suriya ordusu hərbi hava limanının yaxınlığında yerləşən Uceyl məntəqəsini də İŞİD terrorçularından təmizləməyə nail olub.

Qeyd edək ki, iki gündür hücuma məruz qalan Ət-Tabaka hərbi hava limanı mühüm strateji mövqeyə malikdir, belə ki, 22 kv km olan hərbi baza Suriya ordusunun Rəqqa vilayətində yerləşən sonuncu və ən güclü hərbi bazasıdır. Ət-Tabaka hərbi hava bazasında 50-dən artıq təyyarə və çox sayda silah-sursat mövcuddur.





Əbu Əbdul əl-Ənsari İŞİD komandiri Ət-Tabakada Suriya ordusunun snayperləri tərəfindən məhv edilib:



Saleh əl-Hərbi, İŞİD komandiri:

islamazeri.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm