İŞİD yezidiləri müsəlman etdi – VİDEO
Bizi izləyin

Dünya

İŞİD yezidiləri müsəlman etdi – VİDEO

Kəlmeyi-şəhadət gətirən yezidilər müsəlman oldu

Publika.az xəbər verir ki, bölgədəki səkkiz qəsəbə və onlarla kənddə yaşayan yezidilərin aqibəti haqqında heç bir məlumat yox idi. Lakin dünən “Youtube” videopaylaşım saytına yüklənən bir videodan İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yezidilərə nələr etdiyini bilmək olar. Videoda aralarında uşaq və yaşlıların da olduğu yüzdən çox yezidinin müsəlmanlığı qəbul etdiyi göstərilib.

Məscidin həyətinə yerləşdiriən yezidilər İŞİD imamının moizələrini dinləyir. İslam dini haqqında məlumat verən imam haqq dininin İslam dini oluğunu bildirərək Qurandan surələr oxuyur. Nəhayət, sonda kəlmeyi-şəhadət gətirir və yezidilər də imamın dediklərini xorla təkrar edir. Nəticədə, müsəlman olurlar. Axırda isə İŞİD-çilər müsəlman olan yezidilərlə birlikdə namaz qılır.

Daha ətraflı videoda:

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm