Qırmızı.az
İlham və Fərizə təhqir olundu - FOTO
“Şəhidlər xiyabanında” İlham və Fərizənin məzarına nəcis yaxılması, çox güman ki, əraziyə gələn hansısa avara insanların işidir. Bu barədə bizə səhər saatlarında məlumat verilib və dərhal məzarlar təmizlənib”.
Bunu İnterpress.az-a BŞİH-nin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov şəhid məzarlarına nəcis yaxılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
S.Həsənovun sözlərinə görə, ərazidə müşahidə kamerası olmadığından hadisəni kimin törətdiyi məlum deyil: “Gecə saatlarında əraziyə ancaq 2 polis əməkdaşı nəzarət edir. Görünür, bu hadisəni edən kimsə məharətlə polislərin gözündən yayına bilib”.
S.Həsənov hadisəni kimin törətməsinin araşdırılması ilə bağlı hələlik rəsmi qurumlara müraciət edilmədiyini vurğulayıb.
* * *
Ötən gün Şəhidlər Xiyabanına gedən Əşrəf Həşimov adlı Bakı sakini İlham və Fərizənin qəbirlərinin şəklini paylaşıb. AzVision.az xəbər verir ki, hər iki qəbrin üzərində ləkələr olan şəkil Facebook istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb.
Ə.Həşimov qeyd edir ki, həmin ləkələrin boya olduğunu zənn edib: "Yaxınlaşanda bunun boya yox, nəcis olduğunu gördüm. Bu nəcisin məzar daşına necə yayıldığını anlamasam da, bunun necə gözə çarpmadığını anlamadım."
Qeyd edək ki, foto dünən axşam saat 22:30 radələrində çəkilib.
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ