Həkim səhlənkarlığı bir ailəni məhv etdi - Oqtay Şirəliyevə şok müraciət
Bizi izləyin

Qırmızı.az

Həkim səhlənkarlığı bir ailəni məhv etdi - Oqtay Şirəliyevə şok müraciət

Səhiyyə Nazirliyinin rəsmi saytında Oqtay Şirəliyev sərt tənqid olunub.


AzNews.az xəbər verir ki, nazirliyin saytının şikayət bölməsində Nadir Lalayev adlı şəxs nazirə müraciət ünvanlayaraq onu bir sıra məsələlərdə suçlayıb. Müraciətdən bəlli olur ki, həkimlərin səhlənkarlığı və özbaşınalığı nəticəsində şikayətçinin ailəsində faciə yaşanıb.


Müraciətdə deyilir: “Hörmətli nazir, 20-ci müraciətimi edirəm sizə. Sizin göstərişinizə əməkdaşlarınız laqeyd yanaşdılar və nəticədə qızımı vəziyyətinə uyğun aparatlarla təchiz olunmayan, bazar qanunları ilə işləyən doğum evinə yerləşdirdilər. Lazımi müalicə aparılmadı və nəticədə, həkimlərin bağışlanmaz səhlənkarlığından qızım xəstəxanada öldü. Üç gün sonra faciəyə dözməyən nənəsi vəfat etdi. Məsuliyyətsizlik və laqeydlik həyat yoldaşımın və digər körpələrin həyatını təhlükədə qoyub. Qızımın müalicəsilə əlaqədar xəstəxanadan arayış ala bilmirik. Qızımın ölüm səbəbini araşdıran komissiyada əksəriyyət doğum evlərini bazara çevirən, iyrənc hərəkətləri ilə səhiyyəni nüfuzdan salan həkimlərdən təşkil olunub. Rəyi mənə vermək onların borcudur, lakin 50 dəfədən çox müraciət etsəm də, ala bilmirəm. İnsanlıq hissiyyatlarını itiriblər, ailəmizdə baş verən faciəni dərk etmirlər. Sizin göstərişinizlə 02.04.2014-cü il də Y.Babayevin qəbulunda oldum, amma rəyi yenə vermədilər”.


Şikayətçi onu da deyib ki, Y.Babayevə zəng edirəm, cavab verir ki, nazirin göstərişini gözləyirik: “Amma biz hələ də 2 ay yarımdan çoxdur gözləyirik. Xahiş edirəm mənə rəyin və arayışın verilməsi üçün ciddi göstəriş verəsiniz...”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm