Türk bayrağını endirib Atatürkün büstünü özləri ilə apardılar
Bizi izləyin

Dünya

Türk bayrağını endirib Atatürkün büstünü özləri ilə apardılar

Türkiyənin Diyarbəkr vilayətində PKK heykəlinin sökülməsinə etiraz edənlər Sirtdə bir ibtidai məktəbin bağçasındakı türk bayrağını aşağı endiriblər.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ibtidai məktəb bağçasındakı Atatürk büstü də sökülüb.

Etirazçıların sökdüyü Atatürk büstünü də özləri ilə apardığı bildirilir. Polis araşdırmalara və hadisədə iştirak edənlərin axtarışına başlayıb.

Bu arada PKK terror təşkilatının liderlərindən biri Diyarbəkr vilayətində PKK heykəlinin kimlər tərəfindən ucaltdığına dair məlumatın olmadığını aıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm