Türkiyənin yeni hökumətində kimlər olacaq? – Bu məqama üstünlük veriləcək
Bizi izləyin

Dünya

Türkiyənin yeni hökumətində kimlər olacaq? – Bu məqama üstünlük veriləcək

Əhməd Davudoğlunun Ədalət və İnkişaf Partiyasının (AKP) sədri və yeni baş nazir seçilməsindən sonra diqqətlər yeni hökumətin tərkibinə çevrildi.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, AKP yeni hökumətdə yer alacağı şəxslərlə bağlı bir məqama xüsusi önəm verəcək.

Belə ki, hökumət xaricində qalanlar “paralel yapı”ya qarşı lazımınca mübarizə aparmayan nazirlər olacaq. Bu mübarizədə baş nazir Ərdoğana sədaqətini nümayiş etdirənlər isə yeni hökumətdə təmsil oluna bilər. Baş nazir müavinləri Bülənt Arınc, Bəşir Atalay, eləcə də iqtisadiyyat naziri Ali Babacanın vəziyyətinin xüsusi olaraq dəyərləndiriləcəyi bildirilir.

Hökumətin iqtisadi siyasətində ciddi bir dəyişiklik gözlənilmədiyi üçün Ali Babacanın postunda qalacağı deyilir. Bülənt Arınc və Bəşir Atalayla bağlı isə bunu demək mümkün deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm