Zorik müdafiə üçün şəxsi "instaqram"ından imtina etdi?
Bizi izləyin

Tabloid.az

Zorik müdafiə üçün şəxsi "instaqram"ından imtina etdi?

Natavan Həbibinin prodüseri Roland Bayramovun sözlərinə görə, 26 avqust 2014-cü il tarixdə Səbail Rayon Məhkəməsində cavabdeh Zorikə qarşı şərəf və ləyaqətin, işguzar nüfuzun müdafiəsinə dair iddia ərizəsinə baxılıb.

Publika.az xəbər verir ki, Zorik məhkəmədə bildirib ki, “zorik_official_page” adlı "instaqram" səhifəsi ona məxsus deyildir, başqa şəxs tərəfindən hansısa email ünvanı ilə yaradılıb. Həmin "instaqram" səhifədə o Natavan Həbibini təhqir edən heç bir yazı verməyib.

"İnstaqram" istifadəçilərinin nəzərinə çatdırırıq ki, “zorik_official_page” adlı instaqram səhifəsində ünsiyyətdə olduqları şəxs Zorikin dediyinə görə o deyil, başqasıdır, Zorikin həmin instaqram səhifəyə heç bir aidiyyati yoxdur.

Xatırladaq ki, Zorik İnstagram bloqunda bir zamanlar can bir qəlb olduğu Natəvanın ünvanına xoşagəlməz ifadələr yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm