Nida.az
USAİD-in milyonluq qrant müsabiqəsinə sənədlər verənlər bəlli oldu
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda müstəqil medianın inkişafı üçün elan etdiyi 2,4 milyon diollarlıq qrant müsabiqəsinə sənəd təqdim edənlərin adlarını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov “facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, USAİD-in elan etdiyi qrant müsabiqəsinə 3 iddiaçı var: “Bir neçə ay öncə USAİD 2,4 milyon dollar həcmində qrant müsabiqəsi elan edib. Bildiyimə görə, 3 iddiaçı var - İREX və “İnternyus” təşkilatları. Üçüncü iddiaçı isə öz çevrəsi ilə Xədicə İsmayılovadır. O, araşdırma jurnalistikasının inkişaf etdirilməsi ilə bağlı layihə təklifi verib”.
E. Sadıqov qeyd edib ki, ona və əməkdaşlıq etdiyi Media Hüququ
İnstitutuna (MHİ) qarşı Xədicə İsmayılova tərəfindən aparılan
kampaniya da məhz bu qrant müsabiqəsi ilə bağlıdır: “Əminəm ki,
mənə və əməkdaşlıq etdiyim MHİ-yə qarşı qaralamalarının məqsədi
şəxsi maraqdır”.
Vəkil bildirib ki, sözügedən müsabiqəni İREX və “İnternyus”
qazanacağı təqdirdə, onlar MHİ ilə əməkdaşlığı davam
etdirəcəklərini bildiriblər. “Mən belə nəticə çıxarmaqda tamamilə
haqlıyam ki, Xədicə İsmayılovanın mənim və əməkdaşlıq etdiyim
MHİ-nin əleyhinə qaralama kampaniyasının məqsədi qrant
müsabiqəsinin əsas iddialıları olan iki təşkilatın tərəfdaşsız
qalması görüntüsünü yaratmaqla öz layihəsinə əlavə şans
qazandırmaqdır. Məsələ bu qədər sadədir. Ancaq vicdanlı mübarizədə,
rəqabətdə bu ən son yolllardandır”,- deyə o bildirib.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi bir müddət öncə
USAİD-in Azərbaycanda müstəqil medianın inkişafı üçün qrant
proqramı elan etməsi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar
bəyanatla çıxış etsə də, iddiaçıların adını açıqlamayıb. Bəyanatda
qeyd olunub ki, təkliflərlə müraciət prosesində, habelə təkliflərin
toplanmasında heç bir qeyri-nizamilik və ya uyğunsuzluq yer
almayıb. Müsabiqə ilə bağlı təkliflər 2014-cü il mayın 21-dən
iyulun 7-dək qəbul olunub. Lakin bunun gizli şəkildə elan edilməsi
bir sıra şübhələrə yol açıb.
Asif
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək