İcra Hakimiyyətindən toy günü qaçan gəlinlə bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

İcra Hakimiyyətindən toy günü qaçan gəlinlə bağlı AÇIQLAMA

“Muxas kəndində qızın qaçırılması ilə bağlı məlumatın şişirdilməsinə ehtiyac yoxdur. Bu, adi qızqaçırmadır. Qonşu kəndlərdə belə hadisələr çox olur”.

Bunu Publika.az-a açıqlamasında Oğuz rayon icra Hakimiyyətinin şöbə müdiri Saleh Məhərrəmov deyib.

Qaçırılan qızın yerinə bacısının verilməsinə gəldikdə, icra nümayəndəsi bunun doğru məlumat olmadığını dedi.

Qeyd edək ki, avqustun 23-də 18 yaşlı Sevinc Orucova toyuna az qalmış evdən qaçıb. Yayılan məlumatda bacısının onun yerinə ərə verilməsi də qeyd edilib.

Oğuz Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, Sevinc istədiyi oğlana qoşularaq qaçıb. Buna səbəb isə onun istəmədiyi adama ərə verilməsi olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm