AKP-nin qurultayından - CANLI YAYIM
Bizi izləyin

Dünya

AKP-nin qurultayından - CANLI YAYIM

AKP-nin I fövqəladə qurultayı Bakı vaxtı 12:00-da başlayıb.

Bu gün Ankarada taruxu gündür. 2001-ci ilin 14 avqust tarixində qurulan Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan sədr olaraq sonuncu dəfə partiya üzvlərinə müraciət edəcək.

Publika.az həm canlı yayımı, həm də dəqiqə-dəqiqə maraqlı hadisələri təqdim edir:

11:00. AKP-çilər qurultay salonunda yerləşdirilir.

11:35. Xarici işlər naziri Əhməd Davudoğlu AKP-nin fövqəladə qurultayına getmək üçün evindən çıxdı.

11:43. AKP-nin sədr müavini Hüseyn Çəlik qurultay salonuna daxil oldu

11:58. Əhməd Davudoğlu xanımı Sara Davudoğlu ilə alqışlarla salona daxil oldu.

12:03. Rəcəb Tayyib Ərdoğan avtomobil karvanı müşayəti ilə AKP-nin qurultayına qatılmaq üçün evindən çıxdı.

Vüsal Tağı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm