Xədicə İsmayıl USAİD-in pulu ilə nə etmək istəyir? – Şok detallar açıqlandı
Bizi izləyin

Nida.az

Xədicə İsmayıl USAİD-in pulu ilə nə etmək istəyir? – Şok detallar açıqlandı

“USAİD 2,4 milyon qrantı gizli şəkildə özlərinə yaxın təşkilat və adamlara vermək istəyirdi. Zaman göstərdi ki, bu məlumatlar doğrudur”.

Publika.az-a açıqlamasında bu sözləri ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) gizli qrant müsabiqəsini ilk dəfə ictimailəşdirən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət deyib.


“Burada böyük bir plan var idi və biz bunun baş tutmasını əngəllədik. Məqsəd o idi ki, bu pulun böyük qismi Xədicə İsmayıla ayrılsın. O, da “Azadlıq” radiosundan çıxaraq bu pulla özlərinin sözləri ilə desək, müstəqil media yaradacaq və hakimiyyətə qarşı təbliğat kampaniyasının genişləndirəcəkdi. Təbii ki, bunlar ehtimallar idi. Amma indi baş verən proseslər göstərir ki, onlar əsassız deyilmiş”, - deyə QHT rəhbəri bildirib.


Lakin A.Həsrət bundan sonra həmin layihənin baş tutacağını güman etmir: “Çünki bu qədər hay-küydən sonra bunun alınması çətindir. Əslində biz kiminsə hakimiyyəti tənqid etməsinə qarşı deyilik, bu hər kəsin haqqıdır. Bütün dünyada hakimiyyətlər tənqid olunar, lakin dövlətçilik məsələsində ehtiyatlı olmalıyıq. Əgər Azərbaycan vətəndaşı xarici dövlətin əli ilə öz dövlətinə qarşı hansısa proseslərə başlayırsa, bu yolverilməzdir. Əgər USAİD həmin maliyyəni yenə gizli şəkildə öz istədiyi adamlara vermək istəyəcəksə, bu, ABŞ dövlətinin Azərbaycan dövlətinə qarşı hərəkəti kimi qiymətləndirilə bilər. Buna da təbii olaraq reaksiya veriləcək”.


Qeyd edək ki, vəkil Elçin Sadıqov USAİD-in qalmaqallı 2,4 milyonluq qarant müsabiqəsinə sənəd verənlərin adlarını açıqlayıb. Vəkil ortada üç iddiaçının olduğunu bildirib.

“Bir neçə ay öncə USAİD 2,4 milyon dollar həcmində qrant müsabiqəsi elan edib. Bildiyimə görə, 3 iddiaçı var - İREX və “İnternyus” təşkilatları. Üçüncü iddiaçı isə öz çevrəsi ilə Xədicə İsmayılovadır. O, araşdırma jurnalistikasının inkişaf etdirilməsi ilə bağlı layihə təklifi verib”, - deyə vəkil qeyd edib.

Xatırladaq ki, bu ilin iyunun 31-də USAİD Azərbaycanda medianın inkişafı üçün 2,4 milyonluq qrant müsabiqəsi elan edib. Sənədlərin qəbulu üçün cəmi 7 gün vaxt qoyulması qalmaqala səbəb olub. Bir sıra QHT-lər bu müddətə hansısa layihəni hazırlamağın mümkünsüzlüyünü irəli sürüblər. Sonradan ortaya çıxan məlumatlara görə, təşkilat bu maliyyəni özünə yaxın təşkilatlara ayırmaq niyyətində olub və həmin təşkilatları müsabiqə barədə xeyli əvvəldən xəbərdar edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm