Sirkdə faciə: aslan təlimçini parçaladı – VİDEO
Bizi izləyin

Bilgi.az

Sirkdə faciə: aslan təlimçini parçaladı – VİDEO

Latın Amerikası ölkələrinin birində sirkdə tamaşa zamanı faciə baş verib.

Sosial şəbəkələrdə yayılmış videoklipdən görünür ki, Peruda sirkdə aslanların iştirakı ilə tamaşa gedirmiş. Təlimçi nömrələrin birində dişi aslanı bir stoldan digərinə tullanmağa vadar edir. Qəfildən vəhşi heyvan təlimçilərdən biri olan cavan qadının üstünə atılaraq onu parçalamağa başlayır.

Təlimçilər aslana qamçı vursalar da, o, qurbanını buraxmır. Nəhayət, aslan qadını buraxır...

Yaralanmış təlimçi ağır halda xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin kritik olduğu bildirilir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm