Aygün Kazımovanın işini təhqiqat şöbəsi araşdırır - Polisdən açıqlama
Bizi izləyin

Qırmızı.az

Aygün Kazımovanın işini təhqiqat şöbəsi araşdırır - Polisdən açıqlama

Xalq artisti Aygün Kazımova ilə bağlı Xəzər Rayon Polis İdarəsinə daxil olan cinayət işini təhqiqat bölməsi araşdırır.

Rayon Polis idarəsindən Publika.az –a verilən xəbərə görə, bir müddət bundan əvvəl mügənni Natəvan Həbibi onun şərəf və ləyaqətini təhqir etdiyi üçün xalq artisti Aygün Kazımovanı, rejissor Zöhrab Ağayevi polisə verib.

Aygün Kazımova şikayət əsasında ifadə versə də, idarədən bildirdildi ki, məsələdə hər hansı cinayət tərkibi olmadığından təhqiqat araşdırması gedir.

Qeyd edək ki, “Qafqazinfo” xalq artistinin həmkarı Natəvan Həbibinin şikayəti üzrə polis şöbəsinə çağırıldığı barədə məlumat yaymışdı.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm