Dərbənd azərbaycanlılarından “cihad”a çağırış – Özəl
Bizi izləyin

Nida.az

Dərbənd azərbaycanlılarından “cihad”a çağırış – Özəl

Dərbənddə Qurbanovlarla bağlı yaranmış böhranda ilginc məqamlar yaşanır.

Publika.az-a Dərbənddəki mənbələrdən daxil olan məlumata görə, Dağıstan Muxtar Respublikasının Dərbənd icra hakimiyyətinin başçısı Qurban Qurbanovun istefası tələb olunandan sonra şəhərdəki azərbaycanlılar arasında parçalanma müşahidə olunur.

Məlumata görə, bu parçalanma dini müstəvidədir: “Bir tərəfdə şiələr, digər tərəfdə sünnilər bir-birinə qarşı sərt mövqe sərgiləyirlər. Sünnilər Qurban Qurbanovun, şiələr ilə Dərbənd şəhər icra hakimiyyətinin başçısı İmam Yarəliyevin yanındadır. Qurbanova qarşı təşkil olunan aksiyada iştirak edən azərbaycanlılar da şiələrdir. Bu birbaşa Rusiya rəhbərliyi tərəfindən gələn məsələdir. Məqsəd Qurbanovu azərbaycanlı dəstəyindən də məhrum etməkdir”.

Mənbə qeyd edib ki, radikal dindarlar bəzən bir-birinə qarşı “cihad”a çağırış edirlər.

Qeyd edək ki, Dağıstan rəhbərliyinin istefaya çağırdığı Q.Qurbanov vəzifəsindən getməkdən imtina edib. Seçki yolu ilə icra hakimiyyətinin başçısı seçilən Qurbanovun səlahiyyət müddəti 2015-ci ildə bitir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm