Sevdiyini səsindən də öyrənə bilərsiniz
Bizi izləyin

Tabloid.az

Sevdiyini səsindən də öyrənə bilərsiniz

İnsanlar xoşlandıqları insanla danışarkən səs tonunda dəyişiklik edir. Hər halda bunu araşdırmalar ortaya çıxarıb.

Ailem.az-ın xarici mətbuata istinadən xəbərinə görə, araşdırmaçılar insanları daha cazibədar göstərəcək səs ritmələrini müəyyənləşdiriblər.

Söhbət sevgiyə gəlincə, önəmli olan nə demək yox, necə deməkdir.

İnsanlar istəklərini bədən dili, davranış, göz təması və səs tonu ilə çatdırmağa çalışır.

Alimlərin dediyinə görə, insanlar cazibədar hesab etdiyi, yəni xoşlandığı biriylə danışarkən səs tonunu dəyişir. Və bu səs ritmləri danışanı da dinləyənə cazibədar təqdim edir.

Araşdırma zamanı bəlli olub ki, kişilər xoşlandığı qadınla danışarkən səs tonlarına görə daha çox narahat olurlar. Yüksək səs tonunda danışmağa çalışan kişilər əsl kişi təsiri verməyə çalışsa da, bu, qadına aqressivlik təsiri bağışlaya bilər.

Belə ki, kişi xoşladığı qadınla danışarsa, musiqi səsi, həzin səslə, az cazibədar hesab etdiyi qadınla isə tutqun səslə danışır.

Onu da qeyd edək ki, bəzi qadınlar tutqun səs tonunu daha cazibədar hesab edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm