Aparıcının başını kəsdilər, ölkə ayağa qalxdı
Bizi izləyin

Dünya

Aparıcının başını kəsdilər, ölkə ayağa qalxdı

Banqladeşdə bir televiziya əməkdaşı evində boğazı kəsilərək öldürülüb.

ANS PRESS-in məlumatına görə, Banqladeşdə televiziyaların birində islam dini ilə bağlı proqram aparan Şeyx Nurulislam Faruqi adlı şəxs evində boğazı kəsilərək öldürülüb. Ailəsi onun ölümü haqqında danışarkən bildirib ki, şəxsiyyəti naməlum iki gənc axşam saatlarında onun evinə gələrək həcc ziyarəti haqqında danışıblar.

Hadisənin necə baş verməsinə gəldikdə isə, onlar məşhur aparıcının əllərini və ayaqlarını bağladıqdan sonra boğazını kəsərək öldürüblər.
“Əhli Sünnə vəl Camaat” qrupunun ən hörmətli nümayəndələrindən hesab edilən Faruqi, dinin siyasətə qarışdırılmasına qarşı çıxırdı.

Ölkənin xarici işlər naziri Əsədüzzaman Xan Kamal hadisə yerinə gedərək, səlahiyyətlilərə cinayətin araşdırılıb üzə çıxarılması əmrini verib.

Faruqinin öldürülməsi ilə dini qruplar ölkə miqyasında nümayişlər keçirməyə başlayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm